"Apple" şirkəti iPhone üçün yeni ödəmə sisteminin hazırlanması çərçivəsində "American Express" şirkətilə ilə bir araya gəlib.
3dnews.ru saytının məlumatına görə, yeni ödəmə sistemi iPhone 6 sahiblərinə adi mağazalarda müxtəlif malların ödənişini həyata keçirmək üçün kredit və ya debit kartı əvəzinə öz qurğularından istifadə etməyə imkan verəcək. İstehlakçılar iPhone ilə yeni ödəniş sistemini dəstəkləyən pərakəndə satış yerlərindəki xüsusi kassalara yaxınlaşacaq və lazımi vəsait onların hesabından çıxılacaq. Hansı pərakəndə şəbəkələrinin bu kimi ödəmələri qəbul edəcəyi hələ ki, məlum deyil. Ehtimal olunur ki, söhbət yalnız ABŞ bazarından gedir.
iPhone üçün xüsusi ödəmə sistemini işə salmaq üçün isə "Apple" kredit kartları şəbəkəsi və ya xüsusi bankdan icazə almalıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.