İnstitutun əməkdaşı “Elsevier” bazasına daxil olan jurnalın rəyçi sertifikatına layiq görülüb

28 Mart 2019 - 12:00 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova elmi ekspertiza fəaliyyətinə görə “Web of Science” bazasında indeksləşən “Pattern Recognition Letters” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı ilə təltif edilib.

Qeyd edək ki, “Elsevier” nəşriyyatında çap olunan yüksək impakt faktorlu “Pattern Recognition Letters” jurnalında neyron şəbəkələri, maşın təlimi, data mining, sənədlərin işlənməsi, mətn və təsvirlərin tanınması, rəqəmsal kitabxanalar, kompüter görməsi, robot texnikası, nitqin tanınması, biometrika kimi sahələrdə aparılan tədqiqatlar barədə məqalələr dərc olunur.

Jurnalın elmmetrik göstəriciləri aşağıdakı kimidir:

1)      Impact Factor: 1.952

2)      5-Year Impact Factor: 2.350

3)      Source Normalized Impact per Paper (SNIP): 1.580 

4)      SCImago Journal Rank (SJR): 0.662

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.