Elektriksiz işləyən kondisioner hazırlanıb

28 Yanvar 2019 - 11:30 | Texnoloji yeniliklər
Elektriksiz işləyən kondisioner hazırlanıb

“SoundEnergy” startapının mühəndisləri sənaye istehsalından əldə olunan enerji və günəş enerjisi əsasında işləyən elektrik tələb etməyən kondisioner hazırlayıblar. Qurğu sayəsində ətraf mühitə ziyan vurulmasının qarşısı alınacaq, otağın soyudulması üçün xərclər azalacaq.

Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, 2050-ci ilədək 6 milyard kondisioner dünya elektrik enerjisinin 37%-ni istifadə edə bilər. Bu, Çin və Hindistanın aktiv inkişaf edən bazarıyla əlaqəlidir. Əsas səbəb ölkə vətəndaşlarının maddi imkanlarının artması ilə qlobal hava temperaturunun yüksəlməsi şəraitində daha çox kondisioner almaq ehtiyaclarının yaranmasıdır.

hightech.fm saytının məlumatına əsasən, mövcud kondisionerlərdə karbon qazı ayrılır və qlobal istiləşməni sürətləndirən soyuduculardan istifadə edilir. “SoundEnergy” tərəfindən hazırlanan cihaz 200 il əvvəl 1800-cü illərin əvvəllərində təqdim olunmuş “Stirling” mühərrikinə bənzəyir. Kondisioner halqalanmış boruda akustik dalğanın yaradılması üçün temperatur fərqindən istifadə edərək təzyiqin düşməsinin köməyi ilə dalğanı gücləndirir.

Şirkət kondisionerlərin ilk buraxılışını 50 min dollara satıb. “SoundEnergy”i nümayəndəsinin sözlərinə görə, istehsal artdıqca qurğunun dəyəri azalacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.