Avqustun 12-də Türkiyənin Antalya şəhərində "International Conference on Advanced Technology & Sciences" konfransına start verilib.
Tədbirin açılış mərasimində çıxış edən Selcuk Universitetinin rektoru prof. Hakkı Gökbel və konfransın baş sədri, Qazi Universitetinin professoru Omer Faruk Bay tədbir iştirakçılarını salamlayıblar. Bildiriblər ki, konfransın keçirilməsində əsas məqsəd dünyada kompüter elmləri, elektrotexnika və elektronika, energetika, istehsal və biotibb texnologiyaları sahəsində aparılan son elmi tədqiqatlar və əldə olunan nəticələrin təqdimatıdır.
Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları, texnika elmləri doktoru, professor Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru Zərifə Cəbrayılova da məruzələrlə çıxış edəcəklər.
Qeyd edək ki, konfransa 65 ölkədən 465 məqalə daxil olmuş, onlardan 262-si qəbul olunmuşdur. Ölkəmizdən konfransa qəbul edilən 3 məqalənin 2-si İnformasiya Texnologiyaları İnstitutuna aiddir.
Konfrans öz işini avqustun 15-dək davam etdirəcək.
©Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.