Çin mühəndislərinin yaratdığı yeni alqoritm dronun köməyilə robota dünyanı öyrənərək avtomatik onun xəritəsini yaratmağa imkan verib.
hightech.fm saytının məlumatına görə, alqoritm yerin xəritəsini pilotsuz uçan aparatın məlumatlarından istifadə etməklə tərtib edir, yerüstü robotu isə xəritənin ən uzun sahəsinin tərtibini tamamlamağa göndərir. Beləliklə, qurğu yeni sahələrin tədqiqi üçün motivasiya edilir.
Lidar optik ötürücüsü ilə təchiz edilən dördtəkərli robot stereokamerası aşağı yönələn kvadrokopterlə birlikdə işləyir. Birgə tədqiqat qurğulara digərinin kəşf etdiyi sahələrin tədqiqi ilə məşğul olmamağa imkan verir.
Alqoritmin sınaqları çərçivəsində qurğular 17x8 metr və 20x20 metr ölçülü otaqlarda olublar. Nəticədə Çin alimləri sahənin birgə öyrənilməsinin tək tədqiq edilməsindən bir neçə dəfə sürətli olması qənaətinə gəliblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.