Oktyabrın 10-u AMEA-da akademiyanın Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən II Spartakiada çərçivəsində şahmat (qadın və kişilər) yarışları baş tutub. Şahmat yarışları həm qadınlar, həm də kişilər arasında iki qrup üzrə aparılıb.
Qadınlar arasında keçirilmiş şahmat yarışlarının nəticələrinə əsasən, İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Nərgiz İsmayılova final mərhələsinə vəsiqə qazanıb.
Oktyabrın 12-si qadınlar arasında şahmat yarışlarının final oyunları keçirilib. Qrup oyunlarına görə finala çıxan iştirakçılar – İlahə Məmmədova (Fizika İnstitutu), Ziyarət Paşayeva, Afina Əliyeva (Neft-Kimya Prosesləri İnstitutu), Xanım Rzazadə (Coğrafiya İnstitutu), Sevinc Əliyeva (Dilçilik İnstitutu) və Nərgiz İsmayılova (İnformasiya Texnologiyları İnstitutu) mübarizəni dairəvi üsulla davam etdiriblər.
Yarışların nəticələrinə əsasən, Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Ziyarət Paşayeva birinci, Dilçilik İnstitutunun əməkdaşı Sevinc Əliyeva ikinci, İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Nərgiz İsmayılova isə üçüncü yerə layiq görülüblər.
Qeyd edək ki, spartakiada çərçivəsində şahmat ilə yanaşı, futbol, dama və stolüstü tennis oyunları keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.