Gələcəyin nəqliyyat vasitəsi təqdim olunub

04 Oktyabr 2018 - 09:37 | Texnoloji yeniliklər
Gələcəyin nəqliyyat vasitəsi təqdim olunub

“Hyperloop Transportation Technologies” ilk dəfə olaraq, sərnişin daşımaları üçün kapsulu təqdim edib.

robo-hunter.com saytının məlumatına görə, “Quintero One” adlandırılmış kapsulun uzunluğu 32 m, sərnişin kabinası isə 15 m təşkil edir. Gələcəyin nəqliyyat vasitəsinin 80 nəfəri daşıya biləcəyi güman edilir.

Kapsulun yaradılması üçün mühəndislər karbon lifi və kompozit materiallardan istifadə ediblər. “Quintero One” hələ sınaqdan keçirilmə üçün hazır deyil. Əvvəlcə onu “Hyperloop” nəqliyyat sisteminə quraşdırılma və tətbiq üçün şirkətin Avropada yerləşən bölməsinə göndərəcəklər. 2019-cu ilin sonuna kimi kapsulun istifadəyə tam hazır olacağı gözlənilir.

Aprel ayında Fransanın Tuluza şəhərində “Hyperloop” yolunun sınaq sahəsinin tikintisi başlanmışdı. Onun ölçüsü təxminən 320 m təşkil edəcək. Bütün sınaqlar müvəffəqiyyətlə başa çatdırılarsa, növbəti ilin sonunadək şirkət tərəfindən 1 km uzunluğunda yol tikiləcək. Həmin yolda “Quintero One” kapsulunun ilk testlərinin keçirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.