İsveçrə alimləri xərçəng xəstəliyinin dörd ən geniş yayılmış növünün (prostat vəzi, süd vəzi, ağciyər və bağırsaq xərçəngi) aşkarlanmasına imkan verən süni indikator yaradıblar. Dərinin implantasiya edilmiş sahəsi süni xalı insanda xəstəlik əlamətləri yaranan zaman formalaşdırmağa başlayır.
“Naukatv” saytının məlumatına görə, süni dəri modifikasiya edilmiş hüceyrələrdən yaradılıb və xəstənin orqanizminə implantasiya olunur. Xalın formalaşması melaninin əldə edilməsi üçün lazım olan kalsium miqdarının artması ilə aktivləşir, qanda kalsium miqdarının çox olması isə bir sıra xərçəng növlərinin erkən mərhələsində baş verir. Alimlər qeyd edir ki, iri xallar minlərlə insan həyatını xilas edə biləcək xəbərdarlıq əlamətləridir.
Heyvanlar arasında aparılan uğurlu sınaqlar testin beş ildən sonra insanlar üzərində keçiriləcəyinə, on il sonra isə bu texnologiyanın geniş yayılacağına böyük ümidlər yaradır. Xərçəngin tez aşkarlanması həyati əhəmiyyət kəsb edir: erkən mərhələdə aşkarlanan süd vəzi xərçəngi olan qadınların 90 faizindən çoxu növbəti beş il ərzində yaşayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.