Obyektlərin yaxınlaşdırılması effektinə malik 4D-eynək hazırlanıb

12 Fevral 2018 - 14:00 | Maraqlı məlumatlar
Obyektlərin yaxınlaşdırılması effektinə malik 4D-eynək hazırlanıb

Kaliforniya Universitetinin istehsalçılar komandası baxış zamanı filmlərdəki obyektlərin tamaşaçıya toxunmasına imkan verən 4D-eynək hazırlayıb. Reallıq effektinin gücləndirilməsi üçün eynək ekranda tamaşaçıya doğru hərəkət edən obyekt nümayiş olunduqda əlavə hislər yaradaraq hərfi mənada istifadəçiyə “toxunmağa” başlayır.

Tətbiqin hazırlanmasında iştirak edən neyrobioloqlar beynin görməyə və toxunmalara qarşı reaksiyaya cavab verən müxtəlif sahələrinin öyrənilməsi ilə məşğul olurlar. Bu eynək beynin yanıldılması üçün hazırlanıb və onun iş mexanizmlərinin tədqiqi sahəsində alimlərə kömək etməyi nəzərdə tutur. Bununla belə, istehsalçılar hesab edirlər ki, eynək daha çox adi vəziyyətlərdə lazım olacaq. Onlar əmindirlər ki, eynək filmlərə baxış zamanı, əlavə və virtual reallıq oyunlarında, eləcə də digər əyləncələrdə əvəzolunmaz vasitə olacaq.

hi-news.ru saytının məlumatına görə, obyekt insana “yaxınlaşmağa” başladıqda o, qarniturda quraşdırılmış kiçik generatorlar vasitəsilə yaradılan hava axınlarını hiss edir. Bu halda ciddi müəyyən edilmiş vaxt rejimində mexanizm işə düşür – mövcud olmanın mükəmməl effekti 800-1000 ms arasında əldə edilir.

Eynək kifayət qədər görkəmsiz görünsə də, bu ilk prototipdir. Onun satışa çıxarılma vaxtı hələ ki, məlum deyil.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.