Çin axtarış nəhəngi “Baidu”nun istehsalçıları Asiya və onun ingilis dilində danışan ölkələrində səyahətçilərin işini yüngülləşdirmək imkanına malik qurğu hazırlayırlar. Qurğunun iş prinsipi “Ulduz yolu” serialının personajlarının istifadə etdiyi anoloji qurğuların iş prinsipini xatırladır.
hi-news.ru saytının məlumatına görə, smartfonlar üçün universal tərcüməçi-proqramlar da oxşar funksiyalara malikdir. Lakin “Baidu”nun qadceti telefonun batareyasını azaltmayacaq və həmişə işə hazır olacaq. Smartfonda isə, proqramı vaxtaşırı yenidən açmaq lazım olur. Bundan başqa, “Baidu”nun İnternetə qoşulma imkanıyla təchiz ediləcək tərcüməçisi Wi-Fi paylaya biləcək. Tərcüməçi çox yer tutmayacaq və təxminən 150 qram çəkiyə malik olacaq.
Baidu istehsalıçıları tərcüməçiləri satmaqla yanaşı, istifadəçilərə kirayəyə verməyi də planlaşdırırlar. Bu qurğu Çinə ezamiyyətə gələn və dil bilməyənlər üçün səmərəli hesab olunur. Qurğuların satışı və icarəsinə öncə Çində başlanacaq. Sonra isə, “Baidu” yapon bazarını fəth etməyə hazırlaşır.
Qeyd edək ki, qurğuda dəstəklənən dillərin sayı və onun qiyməti hələ ki, məlum deyil.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.