Alimlər 100 mikrometr ölçüdə “laboratoriya” çap ediblər

18 Avqust 2017 - 15:00 | Texnoloji yeniliklər
Alimlər 100 mikrometr ölçüdə “laboratoriya” çap ediblər

Brigham Young Universitetinin alimləri kimyəvi analizlər üçün cəmi 100 mikrometr (0,1 millimetr) ölçüyə malik “laboratoriya” hazırlayıblar. 

hi-news.ru saytının məlumatına görə, qurğu mikromayelər sinfinə aiddir və mikroçipdən ibarətdir. Onun daxilində yerləşdirilmiş mikroskopik kanalların köməyi ilə müxtəlif analizlər (məsələn, qan analizi) götürmək mümkündür.

Kiçik ölçüdə laboratoriyanın yaradılması diaqnostik tibb üçün böyük əhəmiyyətə malikdir. Onları insan bədəninin müxtəlif hissələrinin parametrlərinin ölçülməsi üçün pasiyentin orqanizminə daxil etmək olar. Bununla yanaşı, mikrolaboratoriyanın funksionallığını daha da genişləndirərək kiçik ölçülü robotların tərkibinə daxil etmək mümkündür.

Qeyd edək ki, alimlər bu çipin yaradılması üçün unikal 3D-printer hazırlayaraq qurğunu printer vasitəsilə çap ediblər. Printerin əsasında 385 nanometrlik işıq diodu lampası dayanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.