Elektron tibbdə sağlamlığa təsir edən amillər

22 İyun 2017 - 12:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 15 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

Şöbənin əməkdaşı Nicat Hüseynov “Elektron tibb mühitində qərarların qəbul olunmasını dəstəkləyən model və metodların işlənilməsi” mövzusu çərçivəsində “Əhalinin sağlamlığına təsir edən amillər” adlı məruzə ilə çıxış etdi. O, insanların sağlamlığına təsir edən iqtisadi, sosial, texnoloji, siyasi, demoqrafik və ekoloji amillər və onları xarakterizə edən göstəricilər haqqında məlumat verdi. Bildirdi ki, insan sağlamlığı yaşam şəraiti və resursların mövcudluq dərəcəsindən asılı olaraq dəyişir. Bunlara yaşam tərzi, ərzaq təminatı, maddi gəlir, təhsil, ölkədə yürüdülən sosial-iqtisadi siyasət, ekoloji təmiz ətraf mühit və s. daxildir.

Məruzəçi, həmçinin əhalinin sağlamlığına təsir edən amillərin qiymətləndirilməsi üzrə aparılan elmi tədqiqatlardan söz açdı, qeyd olunan amillərin sağlamlığa təsir dərəcəsinin müxtəlifliyi və onların təyini istiqamətində görülən işlər, eləcə də təklif edilən yanaşma və metodları nəzərə çatdırdı.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.