Yaponiyanın Toxoku Universitetinin alimləri 8 metr uzunluğu olan, qısa tüklərlə örtülmüş ilanabənzər robot hazırlayıblar.
Divarlar üzərindən dırmaşaraq aşa bilən robot zəlzələ və sunami zamanı xilasedicilərin çətinliklə gedə biləcəyi yerlərdə insanlara kömək etmək üçün nəzərdə tutulub. Qeyd olunur ki, bu, dünyada ilan formasında olan ilk robotdur.
Alimlərin sözlərinə görə, 3 kq çəkiyə malik robot bir çox məsələdə xilasedicilərin imkanlarını üstələyir. Qurğu heç bir çətinlik çəkmədən dağıdılmış binalara daxil olaraq insanları həm axtara, həm də məkanın təhlükəsizliyini müəyyən edə biləcək.
indicator.ru saytının məlumatına görə, robotun əvvəlki modeli 2011-ci ildə sunami və zəlzələ nəticəsində zərər dəymiş Fukusima atom elektrik stansiyasının təftiş edilməsi üçün istifadə olunmuşdur. O zaman alimlər robotun bəzi maneələrin öhdəsindən gələ bilmədiyini aşkar etmiş və qurğunu təkmilləşdirməyə başlamışdılar.
Yapon alimləri artıq çoxdan ən mükəmməl robotların yaradılması üzərində işləyirlər. Hətta ölkənin baş naziri Sindzo Abe 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya oyunları zamanı robotların Olimpiya oyunlarını təşkil etməyi planlaşdırırır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.