İnteraktiv qəbir daşı

10 Aprel 2017 - 14:16 | Texnoloji yeniliklər
İnteraktiv qəbir daşı

Sloveniyanın “Bioenergija” şirkəti dünyada ilk 48 düymlük ekrana malik qəbir daşı hazırlayıb. Məqsəd insanların dünyasını dəyişmiş şəxs haqqında anlayışı olması üçün onun şəkil və ya videolarının ekranda əks olunmasıdır.

globalscience.ru saytının məlumatına görə, ekrana quraşdırılmış sensor insanın qəbirə yaxınlaşmasına reaksiya verir. Bundan sonra mərhumun son illərini əks etdirən şəkil və ya videoları ekrana çıxarır.

Şirkət nümayəndələri yaxın gələcəkdə bu kimi ekranların qərb ölkələrinin qəbristanlıqlarında meydana çıxacağını iddia edirlər.

İnteraktiv ekranın dəyəri hələ dəqiqləşdirilməsə də, artıq istehsala buraxıldığı məlumdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.