Məlumdur ki, AMEA Rəyasət Heyətinin “İxtisas fənnləri üzrə proqramların və test bankının təsdiq edilməsi haqqında” 4 noyabr 2015-ci il tarixli qərarına əsasən AMEA-nın elmi müəssisələrində ixtisas fənnləri üzrə doktoranturaya qəbul və doktorluq imtahanları test üsulu ilə keçirilir.
İmtahanların təşkili işinin daha da yaxşılaşdırılması məqsədi ilə AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin məsul əməkdaşlarının iştirakı ilə “Elektron test sistemi”nin istismarı üzrə təlimlər keçiriləcək.
Təlimlər 12-26 aprel 2017-ci il tarixlərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində təşkil ediləcək. Sonda iştirakçıların bilikləri imtahan əsasında qiymətləndiriləcək, müvəffəqiyyət qazanmış şəxslərə sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, treninqdə iştirak edəcək şəxslərin minimum İKT biliklərinə malik olması vacibdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.