AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Biomedical Statistics and Informatics” jurnalının redaksiya heyətinə üzvlük sertifikatına layiq görülüb.
Qeyd edək ki, Ş.Mahmudova bu yaxınlarda nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilmişdir. “Science Publishing Group” elmi bazasına daxil olan beynəlxalq dərgi fundamental elmlər və klinik tədqiqatlar sahəsində əməkdaşlığı təmin edir. Həmçinin statistik nəzəriyyə, metodologiya və biotibb informatikası sahəsində tibbi statistiklər, səhiyyə ekspertləri və hesablama biologiyası üzrə mütəxəssislər arasında əlaqələri genişləndirir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.