Kaliforniya, Stokholm və Uppsalı universitetlərinin tədqiqatçı və mühəndisləri smartfon üçün dezoksiribonuklein turşusunu (DNT) “oxuya” bilən qurğu hazırlayıblar.
Mütəxəssislərin qiymətləndirmələrinə əsasən, fabrik qurğusu 500 dollar civarında olacaq. Bu, hazırda mövcud laboratoriya avadanlıqları komplektindən bir neçə dəfə aşağı qiymətdir.
Cihaz lazer şüası və elektrodiodun ağ işığını nümunəyə yönəldir, kamera çəkiliş edir, nəticə xüsusi alqoritmlə emal edilərək smartfon və ya qoşulmuş kompüterin ekranında əks olunur.
popmech.ru saytının məlumatında bildirilir ki, DNT analizi üçün nəzərdə tutulmuş mobil dəst vasitəsilə geni tamamilə sekvensiya etmək mümkün olmayacaq. Lakin həkimlər biomaterialı uzaqda olan tədqiqat mərkəzlərinə analizə göndərmək əvəzinə, onun xərçəng şişləri qəfəsinin DNT-sinin mutasiyalarını tez bir zamanda aşkar edə biləcəklər.
Pasiyentin yerləşdiyi klinikada əldə edilən analiz diaqnozların qoyulmasını və uyğun preparatların təyinatını sürətləndirməyə imkan verəcək. DNT-nin analizi həm də bakteriya antibiotiklərinə dayanıqlığı aşkar etməyə, nadir və yeni infeksiyaların törədicilərini axtarmağa kömək edə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.