Koreyalı alim institutda “Nanodan sonrakı kvant” mövzusunda məruzə ilə çıxış etdi

07 Dekabr 2016 - 09:30 | Konfranslar, İclaslar

Məlum olduğu kimi, dekabrın 5-də AMEA-nın Əsas binasında Fizika İnstitutunun təşkilatçılığı, AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyilə XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin “Kvant İnformatikası” elmi konfransı və seminarının (APCWQIS-2016) açılış mərasimi olub.

Dekabrın 6-da tədbirin növbəti sessiyası AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyevin sədrliyi ilə keçirildi.

İclasda Koreya Qabaqcıl Tədqiqatlar İnstitutunun professoru Covan Kimin “Nanodan sonrakı kvant” mövzusunda məruzəsi dinlənildi. Məruzə konfrans iştirakçılarının böyük marağına səbəb oldu, çoxsaylı suallar cavablandırıldı.

Qeyd edək ki, XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin “Kvant İnformatikası” elmi konfransı və seminarı dekabrın 9-dək öz işini sessiyalarla davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.