28 və 30 noyabr 2016-cı il tarixlərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində AMEA-nın doktorant və dissertantlarının fəlsəfə fənni üzrə doktorluq imtahanları keçirildi.
Akademiya üzrə mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında keçirilən imtahanlarda AMEA-nın 30 elmi müəssisə və təşkilatından ümumilikdə 115 doktorant və dissertant iştirak edirdi.
İmtahanların qəbul edilməsi məqsədilə yaradılmış, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevin rəhbərlik etdiyi komissiya üzvləri imtahanların gedişatı ilə yaxından tanış oldular, yaradılan innovativ şəraitə görə institutun rəhbərliyinə və əməkdaşlara təşəkkürünü bildirdilər.
Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadənin 17 noyabr 2015-ci il Sərəncamına əsasən fəlsəfə fənni üzrə doktoranturaya qəbul və doktorluq imtahanları AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.