Dronların əksəriyyəti akkumulyatordan qidalanaraq havada cəmi 20 dəqiqə qalmaq imkanına malikdirlər. Təkərlər üzərində hərəkət etmə isə enerjinin sərf olunması baxımından daha effektivdir. Lakin bu, robotun sürətini ciddi şəkildə məhdudlaşdırır. “Advanced Tactics” şirkəti tərəfindən hazırlanmış Panther dronu özündə bu imkanların hər ikisini cəmləşdirir.
popmech.ru saytının məlumatına görə, 6,8 kq ağırlığında olan yeni dron kənd təsərrüfatı işləri və rabitə sənayesi tədqiqatı üçün nəzərdə tutulmuş sürətli və cəld robotdur. Panter-in digər dronlardan fərqli cəhəti onun sürətli uçmaqla yanaşı, yerin səthində də olduqca cəld hərəkət etmək bacarığının olmasıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.