İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarına dosent elmi adı verilib

14 Noyabr 2016 - 12:00 | Mühüm hadisələr
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarına dosent elmi adı verilib

Cari ilin fevral ayının 23-ü və 24-də institutun Elmi Şurasının iclaslarında səsvermə yolu ilə şuranın üzvləri tərəfindən institutun bir neçə əməkdaşına 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dosent elmi adının verilməsi haqqında vəsatət qaldırılması tövsiyə edilmişdir.

Həmin vəsatətə əsasən, institutun əməkdaşları – texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdirləri, texnika üzrə fəlsəfə doktorları Yadigar İmamverdiyev, Fərhad YusifovFirudin Ağayev, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev, layihə baş mühəndisləri, texnika üzrə fəlsəfə doktorları Məkfurə HacırəhimovaŞəfəqət Mahmudova, eləcə də böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Fərqanə Abdullayevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent attestatları təqdim olunmuşdur.

İnstitutun kollektivi bu münasibətlə əməkdaşları təbrik edir, onlara elmi fəaliyyətlərində yeni nailiyyətlər arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.