Mobil proqramlar bazarı 189 milyard dollar təşkil edəcək

14 Noyabr 2016 - 10:52 | Maraqlı məlumatlar
Mobil proqramlar bazarı 189 milyard dollar təşkil edəcək

App Annie agentliyinin hesabatına əsasən, 2020-ci ildə mobil proqramlar bazarının 70 milyard dollardan 189 milyarda çatacağı gözlənilir. Bu il istifadəçilər mobil proqramlarda əvvəlki illərlə müqayisədə 114% daha çox vaxt keçirəcəklər.

ittube.ru saytının məlumatında bildirilir ki, maksimal artım (30%) Android əməliyyat sistemləri üçün nəzərdə tutulmuş proqramlar bazarında qeydə alınıb. Növbəti yeri 24% artımla Google Market tutub.

Gəlirlərin əsas hissəsi oyun proqramları istehsalçılarına aid olsa da, reklamlar gəlir əldə etməyin əsas vasitələrindən biri kimi qalacaq. Bu sahədə bazar payı artaraq 24 milyard dollardan 85 milyard dollara çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.