İnstitutun şöbə müdiri Ramiz Alıquliyevin məqaləsi “Cloud of Science” jurnalında nəşr edilib

04 Noyabr 2016 - 16:00 | Mühüm hadisələr
İnstitutun şöbə müdiri Ramiz Alıquliyevin məqaləsi “Cloud of Science” jurnalında nəşr edilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyevin Qazaxıstanlı alimlərlə həmmüəllif olduğu “İKT üzrə elm sahələrinin (Big data, bulud hesablamları, informasiya təhlükəsizliyi, mobil hesablamalar, smart grid və s. ) bibliometrik göstəricilərinin qiymətləndirilməsi üçün diferensial metrikalar” (Дифференциальные метрики оценки библиометрических показателей доменов ИКТ) adlı məqaləsi Rusiyanın “Cloud of Science” jurnalında nəşr edilib.

Məqalədə İKT üzrə elm sahələrinin əsas bibliometrik göstəricilərinin (məqalələrin sayı və sitatlar) dinamikasının qiymətləndirilməsi üçün diferensial metrikalar təklif olunur. 

Təklif edilmiş indikatorlar bibliometrik göstəricilərin dinamikasında dəyişiklikləri daha aydın ifadə etməyə imkan verir ki, bu da tədqiqat istiqamətlərinin perspektivliliyinin qiymətləndirilməsi üçün əhəmiyyətlidir.

Qeyd edək ki, məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi (№ EIF – 2014-9 (24) – KETPL – 14/02/1) çərçivəsində hazırlanmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.