“Rentgen-eynək” inyeksiya üçün damarı tapmağa yardım edir

20 Sentyabr 2016 - 11:00 | Texnoloji yeniliklər
“Rentgen-eynək” inyeksiya üçün damarı tapmağa yardım edir

“Epson” və “Evena Medical” şirkətlərinin birgə hazırladıqları “Eyes-On Glasses System” adlı eynək tibb bacılarına pasiyentin dərisindən qan damarlarını görməyə imkan verir.

Открытые системы” jurnalının məlumatına görə, qurğu şüşə əvəzinə şəffaf displeyə malik və “Android” platformasında işləyən “Epson Moverio” “ağıllı” eynəyi əsasında yaradılıb. “Eyes-On Glasses” çoxspektrli işıqlandırma sistemi və simsiz rabitə modulları ilə təchiz edilib. İnyeksiya prosedurunun sənədləşdirilməsi üçün inteqrasiya edilmiş fləş-yaddaşa malik olan eynək təsviri dərhal “Bluetooth”, “Wi-Fi” və ya “3G” vasitəsilə xəstəxananın elektron sağlamlıq kartı sisteminə ötürə bilir.

Eynəyin iş prinsipi pasiyentin damarlarında dezoksihemoqlobini işıqlandıran infraqırmızı diapazonun işığından istifadəyə əsaslanır. İki kamera vasitəsilə qeydə alınan təsvir şəffaf şüşə-ekrana proyeksiya edilir.

“Evena” şirkətinin mütəxəssisləri bildirirlər ki, eynək istənilən pasiyentdə inyeksiya üçün ən uyğun damarı asanlıqla və daha tez tapmağa yardım edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.