"Netcraft" analitiklərinin son tədqiqatlarına əsasən, mart ayının əvvəlində İnternetdə 919,5 milyon sayt qeydə alınıb. Bu isə fevral ayı ilə müqayisədə yarım milyon aşağı göstəricidir. pitbit.ru saytından bildiriblər ki, bu azalma hostinq-provayderlərin təşkil etdiyi növbəti kütləvi "təmizləmə" əməliyyatı zamanı baş vermiş, nəticədə milyonlarla sayt bağlanmışdır.
Veb-serverlərin statistikasına gəldikdə isə, Apache dünya bazarında liderliyini yenə də qoruyub saxlayır. Martın əvvəlində bu serverdə saytların 38,6%-i işləmişdir. Ona yaxın olan rəqib - Microsoft IIS bazarın 31,1%-ni əhatə edir. Lakin bu serverin payı fevral ayı ilə müqayisədə 1,69% aşağı düşmüşdür. Nginx veb-serverinin bazar payı hazırda 15,56%-dir. Google-da isə saytların 2,28%-i yerləşir.