“Zibilyığan robot” hazırlanıb

19 Sentyabr 2016 - 14:10 | Texnoloji yeniliklər
“Zibilyığan robot” hazırlanıb

ABŞ-ın Baltimor şəhərinin limanında “zibilyığan robot” üzür. Yuxarı hissəsində yerləşdirilmiş günəş batareyalarının enerjisindən istifadə edən və dəniz axınlarının gücü sayəsində dəyirmana bənzəyən çarxlarını fırladan bu kiçik gəmi şəhərdən axan çayın okeana apardığı tullantıları süzür. Tullantılar gündə bir dəfə emal edilərək yandırılmağa və ya zibilliyə göndərilir.

Наука и жизнь” jurnalının məlumatına görə, ötən il ərzində robot vasitəsilə 118 670 plastik butulka və 2,6 milyon kötük toplanıb. Bəzi qiymətləndirmələrə əsasən, hazırda okeanlarda təxminən 270 min ton ağırlığında müxtəlif plastik tullantı var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.