İnstitutun böyük elmi işçisi impakt faktorlu jurnala rəyçi seçilib

02 Mart 2016 - 11:00 | Mühüm hadisələr
İnstitutun böyük elmi işçisi impakt faktorlu jurnala rəyçi seçilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Fərqanə AbdullayevaElsevier” nəşriyyatının “Şəbəkə və kompüter tətbiqləri” jurnalına (Journal of Network and Computer Applications – JNCA) rəyçi seçilib.

Thomson Reuters” siyahısına daxil olan jurnalda (impakt faktor – 2.229) kompüter şəbəkələri və tətbiqləri elminin bütün sahələrinə aid tədqiqat materialları, icmallar və qısa məqalələr nəşr olunur.

Kompüter şəbəkələri, internet protokolları üçün təkmilləşdirilmiş standartlar, simsiz şəbəkələr, mobil texnologiyalar, bulud texnologiyaları, grid texnologiyaları, sensor şəbəkələri, Əşyaların İnterneti, şəbəkə sistemlərinin teletibdə tətbiqi, kompüter və şəbəkə təhlükəsizliyi jurnalın əsas elmi istiqamətləridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.