İnstitutun şöbə müdiri “E-dövlət üzrə 16-cı Avropa Konfransı”nın proqram komitəsinin üzvü seçilib

01 Mart 2016 - 16:02 | Mühüm hadisələr
İnstitutun şöbə müdiri “E-dövlət üzrə 16-cı Avropa Konfransı”nın proqram komitəsinin üzvü seçilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov 16-17 iyun 2016-cı il tarixlərdə Lyublyana Universitetinin (Sloveniya) təşkilatçılığı ilə keçiriləcək “E-dövlət üzrə 16-cı Avropa Konfransı”nın (16th European Conference on eGovernment – ECEG 2016) proqram komitəsinin üzvü seçilib.

Konfransın əsas müzakirə mövzuları dövlət sektorunun fəaliyyətinin inkişafında əsas elementlərə çevrilmiş e-demokratiya, e-vətəndaşlıq, qarşılıqlı əlaqələr, e-şəxsiyyət və e-səsvermə kimi məsələləri əhatə edir. Konfransda ümumilikdə dünyanın 30-dan çox ölkəsindən alim və ekspertlərin iştirakı gözlənilir.

Qeyd edək ki, konfransa təqdim olunmuş elmi əsərlər Electronic Journal of e-Government (E-dövlət Onlayn Jurnalı) və “IBIMA” nəşriyyatının “Journal of E-Government Studies and Best Practices” (E-dövlət üzrə Tədqiqat və Təcrübələr) jurnalında nəşr olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.