Dünya üzrə İnternetdən istifadə edənlərin sayı 3,2 milyard nəfərə çatıb. Mobil rabitə abunəçilərinin sayı isə 7,1 milyarddan artıqdır. Bu haqda Beynəlxalq Elektrorabitə İttifaqının (ITU) hesabatında deyilir.
ITU-nun statistik məlumatına görə, yeni nəsil genişzolaqlı şəbəkələr və mobil servislər daha çox Cənubi Koreyada inkişaf edib. Növbəti sırada Danimarka, İslandiya, Böyük Britaniya və İsveç qərarlaşır. Yaponiya reytinq cədvəlində 11-ci yerdə, Almaniya və ABŞ isə 14-15-ci yerdədirlər.
Hesabatda o da deyilir ki, dünyada 350 milyon insanın nə İnternetə, nə də rabitə şəbəkələrinə çıxışı vardır. Onlar Malavi, Madaqaskar, Efiopiya, Eritreya və Çad kimi dünyanın ən kasıb ölkələrində yaşayırlar.