“ESET” antivirus şirkətinin araşdırmasına əsasən, internet istifadəçilərinin 50 faizindən çoxu noutbukların veb-kameralarına müdaxilədən narahatdır.
gazeta.ru saytının məlumatına görə, rəyi soruşulanların 17 faizi öz noutbuklarında veb-kameraya müdaxilənin qarşısını almaq üçün onun üzərinə plastır yapışdırdığını söyləyib. Respondentlərin yalnız 31 faizi veb-kamera vasitəsilə izlənməkdən narahatçılıq keçirmir, 12 faizi isə bunun kimə maraqlı ola biləcəyini anlamır. Onların 11 faizi bu problemin həllində öz kompüterlərinə quraşdırılmış antivirusa güvənir, 8 faizi isə belə düşünür ki, veb-kameraya müdaxilə qeyri-mümkündür.
“ESET”-in texniki marketinq bölməsinin rəhbəri Aleksey Oskin tövsiyə edib ki, veb-kameraya müdaxilənin qarşısını almaq üçün antivirus və veb-kameranın drayveri daxil olmaqla vaxtı-vaxtında proqram təminatı yenilənməlidir.