“İnformasiya texnologiyaları üzrə müasir terminlər” adlı ekspres-informasiya işıq üzü görüb

19 Noyabr 2015 - 17:04 | Yeni nəşrlər
“İnformasiya texnologiyaları üzrə müasir terminlər” adlı ekspres-informasiya işıq üzü görüb

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya texnologiyaları üzrə müasir terminlər” adlı ekspres-informasiya işıq üzü görüb. Yeni nəşrin müəllifləri institutun şöbə müdiri Səyyar Abdullayev və böyük elmi işçisi Südabə Abasovadır, elmi redaktoru isə institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədovadır.

“İnformasiya Texnologiyaları” nəşriyyatında çapdan çıxmış lüğətdə informasiya texnologiyaları üzrə istifadə edilən müasir terminlər toplanıb. İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri – alqoritmləşdirmə, proqram mühəndisliyi, informasiya təhlükəsizliyi, informasiya sistemləri, GPS və 3D texnologiyalar, vikipediya, internet, sosial şəbəkələr, bulud texnologiyaları və s. üzrə azərbaycanca-ingiliscə-rusca müasir terminlərin hər üç dildə izahı verilib.

Terminoloji lüğət informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislər, müəllimlər və digərləri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.