Ali Attestasiya Komissiyasının nəzarətindən 2 universitetin çıxarılması elmi dərəcələrin verilməsinə dair Avropa sisteminin reallaşdırılmasında ilk addımdır
Artıq 2016-cı ildən etibarən fəlsəfə və elmlər doktoru elmi dərəcələri Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universiteti tərəfindən veriləcək. Bununla bağlı Rusiyanın Təhsil və Elm Nazirliyi “Elm və dövlət elmi-texniki siyasət haqqında” və “M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universiteti haqqında” qanunlara müvafiq düzəlişlər hazırlayıb. Dövlət elmi attestasiya qaydalarında dəyişikliklər haqqında qanunlayihəsi Rusiyanın qanunvericilik fəaliyyəti üzə komissiyası tərəfindən qəbul edilib.
Qanun layihəsinə görə, elmi dərəcələrin verilməsi, ləğv olunması və bərpası üzrə səlahiyyətlərin bir hissəsinin aparıcı təhsil müəssisələrinə, elmi və digər təşkilatlara verilməsi təklif olunur. Bu, yüksək ixtisaslı kadrların hazırlanmasına, elmi kadrların attestasiyası məsələlərində təşkilatların və alimlərin nüfuzunun və inzibati məsuliyyətinin artmasına imkan verəcək. Həmçinin təhsil qurumlarına müstəqil olaraq fəlsəfə və elmlər doktoru elmi dərəcələrinin verilməsi, diplomların müvafiq formalarını təsdiq etmək, Dissertasiya şuralarını yaratmaq və onların səlahiyyətlərini müəyyən etmək, fəaliyyətinə xitam vermək və bərpa etmək, elmi dərəcələrin verilməsi, dissertasiya işlərinin təqdimi və müdafiəsi, elmi dərəcələrin ləğv olunması və bərpası və s. qaydaları təsdiq etmək hüququ verilib.
Növbəti mərhələrdə Rusiyanın digər ali məktəblərində də bu təcrübənin tətbiqi nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ, İngiltərə, Fransa və digər ölkələrdə elmi dərəcələr universitetlər tərəfindən verilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.