AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifovun “The Effective Mechanisms in Monitoring and Management of E-Government” (“E-hökumətin monitorinqi və idarə edilməsi üçün effektiv mexanizmlər”) adlı məqaləsi “Journal of Public Administration and Governance” jurnalında dərc olunub.
Məqalədə e-dövlətin formalaşdırılması və idarəetmə prinsipləri tədqiq edilib. Veb-analitikanın tətbiqi problemləri e-dövlətin idarəetmə göstəricilərinin səmərəliliyinin artırılması vasitəsi kimi araşdırılıb. Veb-analitika e-dövlətin monitorinqi və idarəetməsi üçün effektiv əks əlaqə mexanizmlərindən biri kimi təhlil olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.