Korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində araşdırmalar aparılır

16 İyul 2015 - 15:14 | Konfranslar, İclaslar
Korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində araşdırmalar aparılır, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin müdiri Şakir Mehdiyev şöbənin cari ilin I yarısı üzrə hesabatını təqdim edərək elmi-tədqiqat işləri çərçivəsində görülən işlərdən söz açıb. Bildirib ki, korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün metod və alqoritmlərin işlənilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Şöbənin elmi-innovasiya və praktiki fəaliyyətindən bəhs edən məruzəçi AMEA-nın institut və təşkilatlarına məxsus fərdi kompüterlərdə mühəndislik və proqram xidmətlərinin, həmçinin AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli Sərəncamı ilə aparılmış AMEA-nın elmi müəssisə və təşkilatlarında elektron elmin monitorinqinin nəticələrinin toplanması və təhlili işlərinin yerinə yetirildiyini diqqətə çatdırıb.

O, qeyd edib ki, AMEA-nın Ümumi yığıncağına texniki dəstək işləri, AMEA Naxçıvan Bölməsinin kompüter şəbəkəsinin infrastrukturu və bölmədə distant tədris mərkəzinin yaradılması və s. cari ildə görülmüş işlər sırasındadır.

Ş.Mehdiyev, həmçinin elmi-pedaqoji fəaliyyət, elmi-texniki konfrans və simpoziumlarda iştirak, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı, müxtəlif təyinatlı kitabların və elektron nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği, şöbədaxili seminarların keçirilməsi və digər işlərlə bağlı həyata keçirilmiş tədbirləri diqqətə çatdırıb.

Məruzə ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.