Bu barədə şöbə müdiri Səyyar Abdullayev 5 saylı şöbədə cari ilin I yarısında görülmüş işlərlə bağlı çıxışı zamanı məlumat verib.
Şöbənin yarım illik hesabatını təqdim edən S.Abdullayev informasiya texnologiyaları üzrə terminoqrafiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yerinə yetirilmiş işlərdən danışıb. İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə toplanmış ən müasir terminlərin seçilməsi, tərcümə edilməsi, təsnifi və sistemləşdirilməsi işlərinin həyata keçirildiyini önə çəkib. Onun sözlərinə görə, bu məqsədlə jurnal, konfrans materialları ilə yanaşı, “EBSCO”, “EBSCO ebooks”, “ACM DL”, “IEEE CS DL”, “Springer Link”, “Web of Knowledge”, “IOP publishing” elektron kitabxanalarda axtarış aparılmışdır.
Məruzəçi şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti, respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda məqalələrin dərci, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işlərinin həyata keçirilməsi ilə bağlı cari ildə görülmüş işləri diqqətə çatdırıb.
Qeyd edib ki, şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, o cümlədən kadr potensialının gücləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir.
Sonda şöbənin fəaliyyəti qənaətbəxş hesab olunub, bir sıra təklif və tövsiyələr səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.