Hərəkət edən proyektorla təchiz olunmuş smartfonun prototipi təqdim edilib

29 May 2015 - 11:00 | Texnoloji yeniliklər
Hərəkət edən proyektorla təchiz olunmuş smartfonun prototipi təqdim edilib

Pekində keçirilən “Tech World” sərgisində Çinin “Lenovo” şirkəti  təsviri yayımlamağa və müxtəlif səthlərdə virtual sensor ekran yaratmağa imkan verən proyektorla təchiz olunmuş “Smart Cast” adlı qurğunun prototipini təqdim edib.

Hərəkət edən mexanizmə malik proyektor smartfonun aşağı hissəsində yerləşdirilib. Qurğu adi vəziyyətdə təsvir və ya videonun şaquli səthdə yayımlanması üçün nəzərdə tutulub.

Smartfonu 180 dərəcə çevirdikdə və şaquli vəziyyətə gətirdikdə proyektor güzgülü sistem vasitəsilə masada və ya digər üfüqi səthdə virtual sensor ekran yaradır.

“Smart Cast” smartfonunun satışa çıxarılma tarixi haqqında məlumat verilməyib.

hitech.newsru.com