Doktorant və dissertantlardan "İnformatika" fənni üzrə namizədlik minimumu imtahanlarının qəbulu ildə 2 dəfə 1 ay müddətində keçirilir:

 
  • Qış sessiyası (01 yanvardan-30 yanvaradək)
  • Yay sessiyası (15 iyundan - 15 iyuladək)
  • Bu sessiyalar müddətində imtahan vermək istəyən doktorant və dissertantlar əvvəlcədən Tədris-İnnovasiya Mərkəzində qeydiyyatdan keçməli və onlar üçün təşkil olunmuş kurslarda iştirak etməlidirlər.
     
  • Əvvəlki sessiyalarda kurs keçib imtahan verməyən və ya imtahan verib qeyri-məqbul qiymət almış doktorant və dissertantlar kurs keçmədən imtahan verə bilərlər.
     
  • Təkrar imtahan verən, Tədris Proqramında nəzərdə tutulan dərs materialını bilən doktorant və dissertantlar üçün əlavə imtahan sessiyaları nəzərdə tutulmuşdur. Əlavə imtahan sessiyalarının müddəti aşağıdakı kimi müəyyən olunub:
  •  
    • 15 aprel - 30 aprel
    • 15 oktyabr - 30 oktyabr

     

 

  • İmtahanların qəbulu İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü t.e.d. R.M.Əliquliyevin sədrliyi ilə yaradılmış imtahan komissiyası tərəfindən həyata keçirilir.
     
  • İmtahanlar doktorant və dissertantların elmi-ixtisas istiqamətlərindən asılı olaraq təyin olunmuş müəyyən ğünlərdə həyata keçirilir.
     
  • İmtahanlar səhər saat 9:00-da başlanır.
     
  • İmtahana gələn doktorant və dissertantların özləri ilə şəxsiyyətlərini təsdiq edən sənəd götürmələri vacibdir.
     
  • İmtahanlar başa catdıqdan sonra imtahandan məqbul qiymət almış doktorant və dissertantlar üçün imtahanın nəticəsi əks olunmuş Vəsiqə hazırlanır.
     
  • Vəsiqəni doktorant və dissertantlar özləri Tədris-İnnovasiya Mərkəzindən götürməlidirlər.