• Doktorant və dissertantlar qeydiyyatdan keçdikdən sonra, onlar 4 elmi-ixtisas istiqamətləri üzrə qruplaşdırılır, hər ixtisas istiqaməti daxilində 7-9 nəfərlik qruplar yaradılır. 
     
  • Tədris-İnnovasiya Mərkəzində dərslər azərbaycan və rus dillərində keçilir. 
     
  • Dərslərin keçilməsinin əsas formaları aşağıdakı kimidir: 
     
  • Nəzəri dərslər;
  • Praktiki dərslər;
  • Elmi-ixtisas istiqamətinə uyğun ixtisas mühazirələri;
  • Konsultasiyalar (Məsləhət saatları) 
     
  • Nəzəri dərslər müasir informasiya texnologiyaları ilə təchiz olunmuş mühazirə otaqlarında keçilir. Mühazirə materialları multimedia proyektor vasitəsilə dinləyicilərə təqdim olunur. Dərs prosesində on-line rejimdə lazımi İnternet resurslarına müraciət etmək mümkündür. 
     
  • Praktiki dərslər fasiləsiz olaraq İnternetə qoşulan kompyuterlərlə təmin olunmuş, hər bir doktorantın sərbəst şəkildə işləmək imkanı olan müasir kompyuter otaqlarında tədris olunur. Həmçinin bu kompyuterlər arasında lokal şəbəkə vasitəsilə əlaqə yaradılmışdır. 
     
  • Mühazirələr dissertantların elmi-ixtisas istiqamətlərinə uyğun tədris olunur. Mühazirələr slayd prezentasiyalar vasitəsilə dinləyicilərə çatdırılır. 
     
  • Doktorant və dissertantların yerinə yetirdikləri elmi-tədqiqat işlərində  müasir informasiya texnologiyalarından səmərəli istifadə etməsi istiqamətində məsləhətlərin verilməsi məqsədilə məsləhət  saatları təyin olunur.