sa sa sa

 

Gülnarə Çingiz qızı Nəbibəyova 1958-ci ildə anadan olmuşdur.

1979-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Mexanika-riyaziyyat” fakültəsini bitirmişdir.

Gülnarə Nəbibəyova Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutunda proqramçı, AEA AİS şöbəsində böyük mühəndis, daha sonra isə aparıcı mühəndis vəzifələrində işləmişdir.

Gülnarə Nəbibəyova avtomatlaşdırılmış idarə sistemlərinin yaradılması məsələləri ilə məşğul olmuş, ”ETM pasportları”, TPAİS və digər sistemlərin proqram təminatının yaradılmasında iştirak etmişdir. İnformasiya texnologiyaları istiqamətində analitik informasiya və veb-texnologiyaların problemləri ilə bağlı elmi-nəzəri və praktiki işlər görmüş: xarici siyasət sahəsində qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sistemin işlənməsi üzrə tədqiqatlar və bununla bağlı Verilənlər anbarı, OLAP və Data Mining texnologiyaları üzrə araşdırmalar aparmışdır.

2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Elektron dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün metod və alqoritmlərin işlənilməsi" mövzusunda dissertasiya işini müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Gülnarə Nəbibəyova elektron demografiya sahəsində qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sistemin işlənməsi üzrə tədqiqatlar və bununla bağlı Verilənlər anbarı, OLAP və Data Mining texnologiyaları üzrə araşdırmalar aparır. 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Tətbiqi riyaziyyat” fakültəsində Dövlət İmtahan Komissiyasının üzvüdür.

İnformasiya Texnologiyaları İnstitutunun Qadınlar Şurasının üzvü olaraq, institutun qadınlarının elmi nailiyyətlərinin kütləvi informasiya vasitələrində ictimaiyyələşdirilməsi istiqamətində işləri həyata keçirir.

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.

2015-ci ildə science.az veb-saytında səmərəli fəaliyyətinə görə “AMEA-nın Fəxri Diplomu” ilə təltif olunub.

2017-ci ildə institutun Fəxri Fərmanı ilə təltif olunub.

2021-ci ildə AMEA-nın elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.

30-dan çox elmi məqalənin müəllifidir.

Hal-hazırda institutda şöbə müdiri vəzifəsində çalışır.

 



 
Xidməti tel.: (+994 12) 537 18 97
Mobil tel.: (+994 55) 675 75 43
Elektron poçtu: gulnara@iit.science.azgnabibayova@gmail.com 

 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti