Gənc alim və mütəxəssislərin elmi fəaliyyətə cəlb edilməsi və onların fəaliyyətinin koordinasiya edilməsi;
Aktual elmi problemlərin və prioritet elmi məsələlərin həlli üçün gənc alim və mütəxəssislərin səylərinin birləşdirilməsi;
Gənc alim və mütəxəssislərin innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsinə dəstək göstərilməsi;
Gənc alim və mütəxəssislərin iştirakına imkan verən elmi konfransların, seminarların, forumların, sərgilərin və digər tədbirlərin təşkilinə dəstək göstərilməsi;
AMEA-nın ayrı-ayrı institutları, respublikanın digər ali təhsil müəssisələri və elmi təşkilatlarında fəaliyyət göstərən Gənc alimlər şuraları ilə əlaqələrin genişləndirilməsi;
Respublikanın və xarici ölkələrin elm müəssisələrində elmitədqiqat və innovasiya fəaliyyəti üzrə mövcud təcrübənin öyrənilməsi;
Gənc alim və mütəxəssislərin institut, respublika və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsinə dəstək göstərilməsi;
Gənc alim və mütəxəssislərin respublika və beynəlxalq səviyyəli mədəni tədbirlərdə iştirakının təmin edilməsi.