“EaPConnect”in saytında institutda keçirilmiş rəqəmsal tibb problemlərinə həsr olunan konfransa dair material dərc olunub

30 İyun 2025 - 10:20 | Mühüm hadisələr
“EaPConnect”in saytında institutda keçirilmiş rəqəmsal tibb problemlərinə həsr olunan konfransa dair material dərc olunub

“EaPConnect”in saytında “AzScienceNet Bakıda “Rəqəmsal tibb 4.0” konfransını dəstəkləyir: səhiyyənin problemləri, imkanları və gələcəyinin araşdırılması” başlıqlı xəbər yerləşdirilib.

Xəbərdə qeyd olunub ki, dövlət qurumları, akademik qurumlar və səhiyyə sektorundan əsas maraqlı tərəfləri bir araya gətirən “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” adlı konfrans hibrid formatda baş tutub. Dinamik dialoq platforması kimi nəzərdə tutulan konfrans Azərbaycanın səhiyyə sisteminin rəqəmsal transformasiyasına, Sənaye 4.0 alətləri və texnologiyaları ilə getdikcə daha çox dəstəklənən inkişafına istiqamətlənib.

Xəbərin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz: eapconnect.eu