Telefon:

 (+994 12) 539 72 13

Elektron poçt:

 depart_8@iit.science.az

Struktur bölmənin rəhbəri

 Texnika üzrə fəlsəfə doktoru, dosent Ağayev Firudin Tərlan oğlu

Əsas fəaliyyət istiqamətləri

  •  İnformasiya cəmiyyətinin formalaşdırılmasının elmi-nəzəri problemləri;
  • Distant təhsilin idarə edilməsi və formalaşması problemləri.

 

Əsas elmi nəticələri

  •  Təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq standartlara uyğunlaşdırılması modeli tətbiq olunur:
  • Dünyanın aparıcı universitetlərinin İKT ixtisaslarının müxtəlif istiqamətləri və səviyyələri (bakalavr və magistr) üzrə tədris proqramlarının müqayisəli təhlili aparılmışdır;
  • Azərbaycanın ali təhsil müəssisələrinin İKT ixtisaslarının müxtəlif istiqamətləri və səviyyələri (bakalavr və magistr) üzrə tədris proqramlarının təhlili aparılmışdır;
  • Müxtəlif universitetlərin tədris proqramlarının müqayisəli təhlilinin aparılmasında assosiativ qaydaların axtarış metodları tətbiq edilmişdir;
  • Distant təhsil mühitində ömürboyu təhsilin idarə edilməsi və onun metodoloji əsaslarının işlənilməsi üzrə konseptual baxışlar araşdırılmışdır;
  • Distant təhsil üzrə intellektual analiz metodları tətbiq edilmişdir;
  • Distant təhsildə öyrənənlərin  fərdiləşməsi üzrə klasterləşdirilmə alqoritmi tətbiq edilmişdir;
  • Distant təhsilin optimallaşdırılması məqsədilə sosial şəbəkələrdən tədris kontentinin əldə edilməsi üçün təhlil aparılmış və alqoritm işlənmişdir;
  • Distant təhsildə tədris proqramının keyfiyyətinin artırılması üçün alqoritm tətbiq olunmuşdur;
  • Education 4.0 platformasında distant təhsil mühitində ömürboyu təhsilin idarə edilməsi və onun metodoloji əsasları işlənmişdir;
  • Education 4.0 platformasında distant təhsil üzrə qiymətləndirmə metodlarının işlənməsi əsasında işlər aparılır;
  • LMS sistemlərində log faylları əsasında tələbə fəaliyyətinin təhlili və proqnozlaşdırılması məsələlərinə baxılır;
  • Education 4.0 platformasında ali məktəb tələbələrinin distant təhsil mühitində təhsil trayektoriyasının modelləşdirilməsi məsələri tətbiq edilmişdir;
  • Distant təhsil platformaları üzrə fərdi məlumatların qorunması məsələlərinə baxılır;
  • Distant təhsil mühitində öyrənən və müəllim fəaliyyətlərinin intellektuallaşdırılması prosesinin idarə edilməsi məsələləri tətbiq edilmişdir;
  • Education 4.0 platfiormasında distant təhsil üzrə süni intellekt texnologiyaları əsasında metod və alqoritmlərin işlənilməsində tədqiqat işləri aparılır.