http://www.encyclopedia.aznet.org/Milli_internet.htm
I. Ümumi müddəalar
1. Azərbaycan Respublikasının Milli Mətbuat, Teleradio və İnternet Şurası (bundan sonra Şura) Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikası Qanunvericiliyyinin tələblərinə əməl olunmasına içtimai nəzarət, elektron və İnternet KİV-in istehsalı və yayımının qanunvericiliyə uyğun tənzimlənməsi, dövlət orqanları ilə KİV arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, fikir və məlumat azadlığı üçün daha geniş imkanlar təmin edilməsi məqsəd ilə yaradılan müstəqil qurumdur.
2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununu, diqər qanunvericilik aktlarını və bu əsasnaməni rəhbər tutur.
3. Şura müstəqil balansa, üzərində Azərbaycan Respublikasının dövlət qerbinin təsviri və adı həkk olunmuş möhürə, müvafiq ştamplara, blanklara, bank hesablarına malikdir.
4. Şura Dövlət Büdcəsinin vəsaiti hesabına maliyyələşir.
5. Şura Bakı şəhərində yerləşir.
II. Şuranın Əsas Fəaliyyət İstiqamətləri
6. Şuranın əsas hüquq və vəzifələri aşağıdakılardır:
6.1. KİV haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əməl olunmasına nəzarət etmək;
6.2. Dövlət orqanları ilə KİV arasında münasibətləri və əlaqələri tənzimləmək;
6.3. KİV-in fəaliyyətini qanunvericiliklə müəyyən olunmuş qaydada lisenziyalaşdırmaq;
6.4. KİV-in fəaliyyət sahələrində baş verən hüquq pozuntularının aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək;
6.5. Qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək;
7.0. Şura bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı əsas vəzifələri həyatə keçirir:
7.1. KİV haqqında dövlət siyasətinin təkmilləşdirilməsi üçün təkliflər verir və bu cür təkliflərin hazırlanmasında iştirak edir;
7.2. Elektron və İnternet KİV-in qanunvericiliyə riayət etməsinə nəzarət edir;
7.3. Öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatlarla, xarici dövlətlərin səlahiyyətli orqanları (qurumları) ilə əməkdaşlıq edir;
7.4. Mətbuat Fondu yaradır və onun işinə rəhbərlik edir;
7.5. Mətbuat işçilərinin peşə ixtisasının yuksəldilməsi üçün tədbirlər görür;
7.6. KİV tərəfindən qanunveriliciyinin tələblərinə və xusüsi razılığın (lisenziyanın) şərtlərinə riayət olunmasını müəyyən etmək üçün nəzarət həyata keçirir, pozuntular haqqında arayışlar hazırlayır və müvafiq orqanlar qarşısında məsələ qaldırır;
7.7. Daxil olmuş ərizə və şikayətləri araşdırır, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görür;
7.8. Öz səlahiyyətləri daxilində KİV-dən onların fəaliyyəti haqqında sənədlər, məlumatlar və hesabatlar alır;
7.9. KİV-in inhisara alınmasına və KİV istehsalı və yayımı sahəsində haqsız rəqabətə yol verilməməsinə nəzarət edir və bu barədə müvafiq orqanlar qarşısında məsələ qaldırır;
7.10. Mətbuat işçilərini Şuranın işinə cəlb edir, KİV və dövlət orqanları, təşkilat, idarə və müəssisələr arasında, eyni zamanda ayrı-ayrı vətəndaşlarla fikir ayrılığı və mübahisələr yarandıqda onlara münaşiqələrin məhkəmə müdaxiləsi olmadan həlli üçün kömək və yardım göstərir;
7.11. Dövlətə və cəmiyyətə xidmət sahəsində fərqlənən curnalistləri fəxri adlara, mükafatlara təqdim edir, KİV-ləri və ayrı-ayrı curnalistləri və digər mətbuat işçilərini müstəqil şəkildə mükafatlandırır;
7.12. Azərbaycan curnalistinin peşə etikası kodeksini təsdiq edir;
7.13. Öz hüquq və səlahiyyətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş digər vəzifələri həyata keçirir.
III. Şuranın Fəaliyyətinin Təşkili
8. Şura 39 üzvdən ibəritdir. Şuranın tərkibində üç daimi komisiiya fəaliyyət göstərir:
8.1. Mətbuat komissiyası;
8.2. Teleradio komissiyası;
8.3. İnternet komissiyası.
9. Şuraya görkəmli ictimai, elm və mədəniyyət xadimləri ilə yanaşı aşağıdakı qurumların nümayəndələri daxildir:
9.1. KİV və curnalist birlikləri;
9.2. Siyasi partiyalar;
9.3. Həmkarlar ittifaqları;
9.4. Nəşriyyat və poliqrafiya təşkilatları;
9.5. İctimai birliklər.
10. Şuranın tərkibi aşağıdakı qaydaya müəyyən olunur: üzvlərin 18 nəfəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən birbaşa təyin edilir, 21 nəfərinin namizədliyi isə ictimai təşkilatlar və KİV birlikləri tərəfindən irəli sürülür və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.
11. Şuraya, üzvlərinin adı səs çoxluğu ilə seçilən sədr rəhbərlik edir.
12. Şuranın sədri:
12.1. Şuranın katibliyinin işini təşkil edir və ona rəhbərlik edir;
12.2. Şuranın katibliyinin strukturunu, ştat cədvəlini, struktur bölmələrini, iş planını hazırlayır və Şuranın təsdiqinə verir;
12.3. Katibliyin işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir;
12.4. Katibliyin işçiləri barəsində həvəsləndirmə və intizam tədbirləri görür;
12.5. Şuranın maliyyə vəsaiti və əmlakı üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verir;
12.6. Şuranın qərarlarını təsdiq edir və onların həyata keçirilməsini təmin edir;
12.7. Komissiyalarının fəaliyyətini əlaqələndirir və onların işinə ümumi rəhbərliyi həyata keçirir;
12.8. Bu əsasnaməyə və qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata kecirir.
13. Komissiya sədrləri komissiya üzvlərinin adi səs çoxluqu ilə seçilirlər və eyni zamanda Şura sədrinin müavinləri olurlar.
14. Şuranın sədrinə və onun müavinlərinə ştat cədvəlinə müvafiq əmək haqqı ödənilir. Şuranın qalan üzvləri ictimai əsaslarla çalışırlar.
15. Şuranın sədri və onun müavinləri seçkili və digər təyinatlı vəzifələr tuta, elmi, pedaqoci və yaradıcılıq fəaliyyətindən başqa, heç bir ödənişli, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər.
16. Şuranın qarşısında duran vəzifələrin yerinə yetirilməsini təmin etmək üçün bu əsasnamə ilə müəyyən edilmiş qaydada daimi fəaliyyət göstərən katiblik formalaşdırılır.
IV. Mətbut komissiyası
17. Mətbuat komissiyası 21 nəfərdən ibarət tərkibdə yaranır.
18. Mətbuat komissiyasının üzvlərinə aşağıdakı məhdudiyyətlər qoyulur:
18.1. Komissiya üzvləri mətbu orqanlarında təsisçi ola bilməzlər;
19. Mətbuat komissiyası Şuranın adından aşağıdakı səlahiyytləri həyata keçirir:
19.1. Mətbu orqanların. Fiziki və hüquqi şəxslərdən daxil olan ərizə və şikayətlərə baxır, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görür;
19.2. Mətbuatla dövlət orqanları və içtimaiyyət arasında yaranan fikir ayrılığlarının məhkəmə müdaxiləsi olmadan həllinə çalışır və fikir ayrılığının aradan qaldırılmasında vasitəçi qismində çıxış edir;
19.3. Mətbuatda curnalist etikasına əməl olunmasına nəzarət edir və zərurət yarandıqda xüsusi rəylə çıxış edir;
19.4. Etik normaların pozulmasında təqsirkar olan nəşrlərin fəaliyyətləri ilə bağlı xüsusi rəyləri dərc etdirir;
19.5. Vətəndaşların şəxsi həyatını qanuna zidd yersiz curnalist müdaxiləsindən müdafiə edir;
19.6. Mətbuatın maraqlarını dövlət qarşısında təmsil edir;
19.7. Rübdə bir dəfə Şuranın xüsusi nəşrini buraxır, illik məruzələr dərc edir.
20. Haqqında şikayət daxil olan KİV-də vəziyyəti araşdırmaq üçün mətbuat komissiyası təhqiqat komissiyası yaradır. Komissiya rəsmi qararını mətbuatda elan edir. Şikayət olunan mətbu orqan komissiyanın qərarını dərc etməyə borcludur.
20.1. KİV haqqında qanunvericiliyin şərtləri pozulduğu hallarda mətbu orqana rəsmən yazılı xəbərdarlıq edir, yaxud qanunvericiliklə müəyyən olunmuş digər cəza tədbirlərinin tətbiqinə dair məhkəmə qarşısında iddia ilə çıxış edir.
V. Teleradio komissiyası
21. Teleradio komisiiyası 9 üzvdən ibarət tərkibdə yaradılır.
22. Komissiya üzvlərinə aşağıdakı məhdudiyyətlər qoyulur:
22.1. Teleradio komissiyasının üzvləri teleradio yayımçısının təsisçiləri (həmtəsisçiləri) ola bilməzlər;
22.2. Komissiya üzvləri rabitə avadanlığının hazırlanması (istehsalı) və ya satışı ilə məşğul olan müəssisə və ya teleradio yayımını həyata keçirən hər hansı təşkilatda vəzifə tuta bilməzlər;
23.Teleradio komissiyası Şuranın adından aşağıdakı səlahiyyətləri həyata keçirir:
23.1. Teleradio fəaliyyəti sahəsində dövlət siyasətinin həyata keçirilməsi üçün təkliflər hazırlayır, teleradio yayimçısına yayım lisenziyasının verilməsi məqsədi ilə müsabiqə elan edir, müsabiqənin şərtlərini hazırlayır və qalibi müəyyənləşdirir;
23.2. Teleradio yayımçısına yayım lisenziyasının verilməsi barədə Şuraya rəy hazırlayır;
23.3. Teleradio yayımçısının yayım kanalları (tezlikləri) resurslarından qanuna müvafiq istifadə etməsinə nəzarət edir;
23.4. Teleradio proqramlarının (verilişlərinin) ötürülməsi üçün istifadə olunan texniki vasitələrin qanunvericiliklə müəyyən olunmuş qaydada və şərtlərə uyğun istismarına nəzarət edir;
23.5. Teleradio yayımçısı tərəfindən KİV qanunvericiliyinin tələblərinə və yayım lisenziyasının şərtlərinə əməl olunmasına nəzarət edir;
23.6. Teleradio yayımçılarından onların fəaliyyətinə dair məlumatlar, müvafiq sənədlər və izahatlar alır;
23.7. KİV haqqında qanunvericiliyin şərtləri pozulduğu hallarda teleradio yayımçılarına rəsmən yazılı xəbərdarlıq edir və yaxud cərimə tətbiqinə dair məhkəmə qarşısında iddia ilə çıxış edir;
23.8. Qanunvericilik tələbləri müntəzəm pozulduğu hallarda yayım lisenziyasının müvəqqəti dayandırılması, yaxud ləğv edilməsi ilə bağlı məhkəmədə iddia ilə çıxış edir;
VI. İnternet komissiyası
24. İnternet komissiyası 9 üzvdən ibarət tərkibdə yaradılır.
25. İnternet komissiyasının üzvlərinə aşağıdakı məhdudiyyətlər qoyulur:
25.1. İnternet komissiyasının üzvləri İnternet xidmətləri göstərən təşkilatların təsisçisi ola bilməz və ya məsul vəzifə tuta bilməzlər;
25.2. İnternet komissiyasının üzvləri İnternet vasitəsi ilə yayımlanan mətbu orqanların və teleradio yayımçılarının təsisçiləri ola bilməz və ya məsul vəzifə tuta bilməzlər;
25.3. İnternet komissiyasının üzvləri İnternet şəbəkəsinə qoşulmaq üçün rabitə avadanlığının istehsalı və satışı ilə məşğul olan müəssisələrin təsisçiləri olə bilməz və həmin müəssisələrdə məsul vəzifə tuta bilməzlər.
26. İnternet komissiyası Şuranın adından aşağıdakı səlahiyyətləri həyata keçirir:
26.1. İnternet fəaliyyəti sahəsində dövlət siyasətinin həyata keçirilməsi üçün təkliflər hazırlayır və İnternet fəaliyyəti haqqında qanunvericiliyinin həyata keçirilməsini təmin edir;
26.2. İnternet yolu ilə yayılan KİV tərəfindən qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət edir;
26.3. Qanunvericiliyin tələbləri pozulduğu hallarda İnternet xidməti göstərən və İnternet vəsitəsilə KİV istehsalı və yayımı ilə məşğul olan şəxslərə xəbərdarlıq edir, yaxud cərimə tətbiq etmək üçün məhkəmə qarşısında iddia qaldırır;
26.4. Qanunvericilik tələbləri müntəzəm pozulduğu hallarda onların fəaliyyətinin müvəqqəti dayandırılması, yaxud fəaliyyətinə xitam verilməsi barədə məhkəmədə iddia ilə çıxış edir.
27. İnternet fəaliyyəti xüsusi qanunvericiliklə tənzimlənir.
(Əsasnamə Xalq Qəzetenin 21 iyul 2001-ci il tarixli 163 saylı nömrəsindən götürülüb)