ELANLAR

5202

“İqtisadiyyatın innovativ inkişafında intellektual mülkiyyətin rolu və əhəmiyyəti” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək

13 Oktyabr 2014 - 11:33
“İqtisadiyyatın innovativ inkişafında intellektual mülkiyyətin rolu və əhəmiyyəti” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

2014-cü  il 11-13 noyabr tarixlərində Kiyev şəhərində Milli “Odessa Hüquq Akademiyası” Universitetinin Əqli Mülkiyyət İnstitutu və Ukrayna Milli Hüquq Elmləri Akademiyasının Əqli Mülkiyyət Elmi Tədqiqat İnstitutu Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzi (EİM) ilə birlikdə “İqtisadiyyatın innovativ inkişafında əqli mülkiyyətin rolu və əhəmiyyəti” adlı VI beynəlxalq elmi-praktiki konfrans keçirəcək.
 
Milli “Odessa Hüquq Akademiyası”  Universitetinin  Əqli Mülkiyyət İnstitutunda (Xarkov şosesi küç, 210, Borispol metrosu) keçiriləcək konfrans Ukraynanın Əqli Mülkiyyət Dövlət xidmətinin dəstəyi ilə təşkil olunacaq.
 
Bu barədə məlumat verən AMEA Elmi İnnovasiyalar Mərkəzindən bildirilib ki, konfransda bir çox istiqamətlər müzakirə ediləcək. Müzakirə olunacaq məsələlərə “İnnovasiya fəaliyyəti proseslərində və texnologiyaların transferində əqli mülkiyyətin aktual aspektləri”, “Biliklər iqtisadiyyatı şəraitində əqli kapitalın idarə olunması nəzəriyyəsi və praktikası”, “Elmi və elmi-texniki fəaliyyət nəticələrinin kommersiyalaşdırılması”, “Əqli mülkiyyətin dövlət hüquqi təminat sistemi, informasiya-analitik və innovasiya fəaliyyəti üçün kadrların hazırlanması”, “İnnovasiya fəaliyyətinin və beynəlxalq əməkdaşlığın informasiya-analitik təminatının qurulması və inkişafının bəzi məsələləri” daxildir.
 
Konfransın işçi dilləri Ukrayna, rus və ingilisdir. Daxil olmuş məruzə və tezis materialları əsasında məcmu dərc olunacaq. Konfransda alim və elmi-pedaqoji işçilərlə yanaşı, intellektual mülkiyyət sferasının mütəxəssisləri, biznes nümayəndələri, informasiya-analitik və innovasiya fəaliyyəti, innovativ iqtisadiyyatın formalaşması məsələləri ilə məşğul olan və maraqlanan hər kəs iştirak edə bilər.