AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın iclası keçirilib. İnstitutun doktorant və dissertantlarla iş şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov iclasda doktoranturaya qəbul haqqında məlumat verib.
Bildirib ki, AMEA Prezidentinin 27 avqust 2014-cü il tarixli sərəncamına əsasən, 2014-cü ildə AMEA üzrə doktorantura və dissertanturaya qəbul başlamışdır. Qəbul planına əsasən, İnformasiya Texnologiyaları İnstitutunda doktorantura yolu ilə fəlsəfə doktorluğu hazırlığı üzrə müvafiq ixtisaslar üzrə 5 (o cümlədən, 3 əyani, 2 qiyabi), elmlər doktoru hazırlığı üzrə 2 (qiyabi), dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 3, elmlər doktoru hazırlığı üzrə 1 yer müəyyən olunmuşdur.
Doktoranturaya sənəd qəbulu sentyabr ayının 30-dək davam edəcəkdir. Doktoranturaya qəbul imtahanları isə oktyabr ayında keçiriləcək.
İclasda, həmçinin cari il üzrə İnformasiya Texnologiyaları İnstitutunun dissertanturasına qəbul üçün sənədlərini təqdim etmiş 5 iddiaçının dissertasiya mövzusu və elmi rəhbərlərinin təsdiqi məsələləri müzakirə olunub.