ELANLAR

5514

Sankt-Peterburqda beynəlxalq elmi slem keçiriləcək

20 İyul 2014 - 11:30
Sankt-Peterburqda beynəlxalq elmi slem keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Sankt-Peterburqda “alimlərin savaşı” — “Science Slam” keçiriləcək. 

“Science Slam” — klub və ya bar səhnəsində “alimlərin savaşı”dır. Burada tədqiqatçılar tamaşaçı auditoriyasına öz işləri haqda danışırlar. Qalib çox sadə yolla - alqışlar əsasında seçilir. 

Elmin populyarlaşdırılması məqsədinə xidmət edən beynəlxalq layihə çərçivəsində gənc tədqiqatçılar kvant optikası, kompüter elmi, molekulyar biologiya və süni intellekt sahələrində mürəkkəb elmi problemlərdən bəhs edəcək, müzakirələr aparacaqlar. 

Bu gün A2 klubunda keçiriləcək “Science Slam”in xüsusi qonağı molekulyar biologiya sahəsi üzrə PhD Alla Lapidus olacaq. O, biotibdə üçüncü inqilab, “İnsanın proteomu” (proteomika – əsas tədqiqat obyekti zülallar və onların canlı orqanizmlərdə, o cümlədən insan orqanizmində qarşılıqlı fəaliyyəti haqda elmdir) layihəsi və insan mikroflorasının xüsusiyyətlərinin autizmlə əlaqəsi haqda danışacaq. 

i.rbc.ru saytının bildirdiyinə görə, “Science Slam” Rusiyada 2013-cü ildən keçirilməyə başlayıb. Slemlər mütəmadi olaraq ölkənin 10 regionunda keçirilir və tamaşaçılar arasında böyük populyarlığa malikdir. Misal üçün, Moskva və Sankt-Peterburqda hər “Science Slam”də 700-dək qonaq olur. Slemlərdə ABŞ, İtaliya və digər ölkələrdən olan məşhur alimlər də çıxış edirlər. 

“Gənc alimlərin açıq çıxışlarının formatı – elmin uğura nail olmaq və dünyanı dəyişmək gücünə malik olduğunu nümayiş etdirmək üsullarından bridir. Bu cür tədbirlər tədqiqatçı-alimlərə lazımi mühitin yaradılmasında kömək olur, elmi karyera və texniki təhsilin populyarlığını və nüfuzunu artırır” – deyə RBK-nın innovativ fəaliyyətin inkişafı üzrə direktoru İlya Kurmışev bildirib.