ELANLAR

29

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” respublika konfransı keçiriləcəkdir

27 Yanvar 2026 - 15:00
“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” respublika konfransı keçiriləcəkdir, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

05 mart 2026-cı il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə “Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” respublika konfransı keçiriləcəkdir.

Konfransın məqsədi dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-nəzəri və praktiki problemləri, eləcə də, bu sahədə trendlər, mövcud yanaşmaların, aparılan tədqiqatların nəticələrinin müzakirə olunmasıdır. Ölkədə genişlənən rəqəmsal transformasiya prosesləri fonunda dövlət idarəçiliyində baş verən dəyişikliklər bu sahədə biliklərin hələ də sistemli olmadığını göstərir. Dövlətin əsas fəaliyyət sahələrinin rəqəmsallaşması, dövlətin kibersuverenliyinin təmin olunması baxımından yeni çağırışlar, təhdidlər və risklər yaradır. Konfransda qlobal çağırışlara uyğun kibersuveren dövlətin formalaşdırılması, rəqəmsal dövlət sisteminin etibarlı, təhlükəsiz və dayanıqlı işləməsinin təmin olunması, rəqəmsal ekosistemin inkişaf etdirilməsi, bulud əsaslı rəqəmsal dövlətin şəbəkə infrastrukturunun qurulması, vətəndaşların rəqəmsal dövlət xidmətlərindən məmnuniyyət səviyyəsinin qiymətləndirilməsi və dövlət əhəmiyyətli kritik sistemlərdə kibertəhlükəsizliyin təmin olunması problemləri sahəsində aparılan tədqiqatların nəticələri müzakirə olunacaqdır. Konfrans kibersuveren dövlətin formalaşdırılması sahəsində perspektiv tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi üçün intellektual platforma rolunu oynayır və bu sahədə qlobal çağırışların həllinə töhvə verəcəkdir.

 

KONFRANSIN   ƏSAS   İSTİQAMƏTLƏRİ

  • Rəqəmsal ekosistemin formalaşdırılması;
  • Data suverenliyi;
  • Texnoloji suverenlik;
  • Şəbəkə infrastrukturunun suverenliyi;
  • Bulud suverenliyi;
  • Süni intellekt həlləri və tətbiqləri;
  • Kibertəhlükəsizlik və rəqəmsal dayanıqlıq;
  • Kritik sistemlər və infrastrukturlar;
  • Milli rəqəmsal dövlətin formalaşdırılması;
  • Kibersuverenlik və enerji təhlükəsizliyi;
  • Milli proqram sənayesinin formalaşdırılması;
  • Rəqəmsal platformalarda linqivistik suverenlik;
  • Kibersuverenlik və kadr təminatı.

 

Məruzələrin tərtibatına dair tələblər

  • Konfransın istiqamətlərinə uyğun, aktual elmi-praktiki problemlərə həsr olunmuş elmi məruzələr qəbul olunur;
  • Məruzənin həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) az olmamalıdır;
  • Məruzə elektron şəkildə d@iit.science.az, cybersovereignty2026@gmail.com ünvanına göndərilməlidir;
  • Məruzədə problemin aktuallığı, məsələnin qoyuluşu, həlli yolları və əldə olunmuş nəticələrin elmi-praktiki əhəmiyyəti əks olunmalıdır;
  • Məruzənin formatı IEEE standartına uyğun olmalıdır (Nümunə: Sample_IEEE (aze).doc)
  • Düsturlar Microsoft Equation redaktorunda (standart parametrlər ilə) yığılmalıdır;
  • Məqaləyə məruzənin adı, xülasəsi və müəllif(lər)in soyadı ingilis dilində əlavə edilməlidir;
  • Məruzəçilər MS PowerPoint redaktorunda “On-screen Show” formatında slaydlar hazırlamalıdırlar;
  • Məruzəni konfransın işçi dillərindən (Azərbaycan, ingilis və rus) birində təqdim etmək olar.

 

Mühüm tarixlər:

16 fevral 2026-cı il

Məruzələrin təqdim edilməsi üçün son tarix 

23 fevral 2026-cı il

Məruzələrin elmi ekspertizasının nəticəsi haqqında müəlliflərin məlumatlandırılması

05 mart 2026-cı il

Konfransın iş günü

Əlaqə məlumatları

Ünvan:   AZ1141, Bakı şəhəri, B. Vahabzadə küçəsi, 9A.

                ETN İnformasiya Texnologiyaları İnstitutu
Tel:        (+994 12) 510-12-60; 539-01-67
E-poçt:     ph.d@iit.science.az, cybersovereignty2026@gmail.com

 

Təşkilat komitəsi