ELANLAR

3568

AzScienceNet şəbəkəsində İnternet xidmətinin verilməsində yaranan fasilə ilə bağlı açıqlama

23 İyul 2019 - 11:46
AzScienceNet şəbəkəsində İnternet xidmətinin verilməsində yaranan fasilə ilə bağlı açıqlama, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

23 iyul 2019-cu il tarixində saat 11:46 radələrində qlobal İnternet provayderlərindən olan Level3 və GEANT təşkilatının qoşulma nöqtələrində bu təşkilatların əməkdaşları tərəfindən aparılan quraşdırma işləri nəticəsində AzScienceNet şəbəkəsinin GEANT təşkilatından gələn xəttində qırılma baş verib. Bunun nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasının  bir sıra elmi tədqiqat müəssisələri və qurumlarına İnternet xidmətinin verilməsində fasilə yaranıb. Problem AzScienceNet şəbəkəsinin əməkdaşları tərəfindən dərhal aşkarlanıb və aidiyyatı təşkilatlar məsələdən xəbərdar edilib. 

Xatırladaq ki, GEANT Avropanın Elm və Təhsil institutları arasında olan şəbəkənin qurucusu və həm də yeganə operatoru rolunu yerinə yetirən təşkilatdır. Bu təşkilat 10 mindən çox quruma və 50 milyondan çox istifadəçiyə xidmət göstərir. Level3 isə 5 ən böyük qlobal telekommunikasiya şirkətlərindən biri olan “Century Link” şirkətinin İnternet xidmətini həyata keçirən qoludur.

AzScienceNet şəbəkəsinin administrasiyası

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.