Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təlim proqramı elan edilir 24.05.2019    14:07

25 iyul - 14 avqust 2019-cu il tarixlərində Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən “Elm və Texnologiya Parklarının siyasəti və texnologiya transferi və kommersiyalaşdırılması üzrə Planlaşdırma və Təkmilləşdirmə” adlı təlim proqramı keçiriləcək. Təlim proqramında iştirak edəcək namizədlər haqqında məlumatlar 27 may 2019-cu il tarixinədək AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə göndərilməlidir.

Namizədliyi irəli sürülən şəxslər aşağıdakı şərtlərə uyğun olmalıdır:

  • Təlim ala bilmək üçün fiziki və əqli tam sağlam olmalıdır;
  • Təlim müddətində yüksək səviyyəli davamiyyət və məsuliyyət nümayiş etdirməli, təlim proqramı bitdikdən sonra çalışdığı müəssisədə kadr potensialının gücləndirilməsinə yardım etməlidir;
  • Son 3 ildə KOICA-nın eyni və ya oxşar təlim proqramlarında iştirak etməmiş şəxs olmalıdır;
  • Texnologiya transferi və texnologiyanın kommersiyalaşdırılması üzrə 5 ildən çox iş təcrübəsinə malik müvafiq qurumda rəhbər vəzifəsində çalışan dövlət rəsmisi və tədqiqatçı olmalıdır;
  • İngilis dilində səlis yazılı və şifahi dil bacarığına malik olmalıdır;
  • Kompüter və bir sıra proqram təminatları üzrə biliyə malik şəxs olmalıdır.

Qeyd edək ki, təqaüd proqramı çərçivəsində bütün xərclər KOİCA tərəfindən ödəniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti