“İKT, Cəmiyyət və İnsanlar” mövzusunda XII beynəlxalq konfrans keçiriləcək 07.03.2019    10:26

16-19 iyul 2019-cu il tarixlərdə Portuqaliyanın Porto şəhərində Kompüter Elmləri və İnformasiya Sistemləri üzrə XIII silsilə konfranslar (13th Multi Conference on Computer Science and Information Systems MCCSIS 2019) çərçivəsində “İKT, Cəmiyyət və İnsanlar” mövzusunda XII beynəlxalq konfrans (12th International Conference on ICT, Society and Human Beings 2019) keçiriləcək.

İKT-nin bəşəriyyətə təsiri, İKT, fərdlər və cəmiyyət arasında qarşılıqlı əlaqələrin müzakirəsini əhatə edəcək konfransa məqalələr 1 aprel 2019-cu il tarixinədək qəbul edilir.

Konfransa təqdim olunmuş ən yaxşı məqalələrin genişləndirilmiş versiyaları “IADIS International Journal on WWW/Internet”də dərc olunmaq üçün seçiləcək. Konfrans materialları “INSPEC”, “Elsevier”, “Scopus”, “Web Science”, “EBSCO” və digər əhəmiyyətli bazalarda indeksləşdirilmək üçün təqdim olunacaq.

Qeyd edək ki, tədbir “International Association for Development of the Information Society” (İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Beynəlxalq Assosiasiya) tərəfindən təşkil olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti